Suraxanıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldı - FOTO - VİDEO

Suraxanıda narkotiklərin satışını təşkil edən, avtomobil qaçıran, Zığ -Hava Limanı beton yolunda 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan, 2 maşını qəsdən yandıran şəxslər saxlanılıblar
Avtosfer.az xəbər verir ki, Suraxanı Rayon İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkar olunub. Narkotiklərin satışı ilə məşğul olan 16, daşınması və dövriyyəsi ilə bağlı 39 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən 5 kiloqram müxtəlif növ narkotik vasitə və 300 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Həmçinin, İdarə əməkdaşları tərəfindən vətəndaşların şikayətləri əsasında həyata keçirilən əməliyyatlarla “Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşın qaçıraraq yol nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.
Həyata keçirilən digər əməliyyatlar zamanı Qaraçuxur qəsəbəsində “Chevrolet” və “Hover” markalı iki nəqliyyat vasitəsini yandıraraq vətəndaşların əmlakına qəsdən zərər vuran Elgün Təhməzov və Zığ-Hava Limanı beton yolunun kənarında 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan Dövlət Həsənov da saxlanılıblar.
Faktlarla bağlı Suraxanı RPİ-də araşdırmalar davam etdirilir.
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO















