Sürətlə hərəkət edən maşın piyadanı keçiddə vurub öldürdü - ANBAAN VİDEO

"Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən yol sahələridir. Bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların əksər hissəsi yol hərəkəti iştirakçılarının, xüsusilə də sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir və ağır nəticələrlə müşayiət olunur".
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:
"Bakı-Şamaxı avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, eynisəviyyəli piyada keçidlərində qəzaların əsas səbəbləri sırasında sürət həddinin aşılması, diqqətsizlik, tələskənlik və riskin düzgün qiymətləndirilməməsi xüsusi yer tutur.
Piyada keçidinə yaxınlaşan sürücülərin sürəti vaxtında azaltmaması, yol şəraitini lazımi səviyyədə müşahidə etməməsi və piyadalara üstünlük verməməsi ağır nəticələrə yol açır.
Nəzərə alınmalıdır ki, sürücünün verdiyi hər bir qərar, sükan arxasında göstərdiyi hər bir davranış birbaşa insan həyatına təsir göstərir. Bu səbəbdən piyada keçidlərinə yaxınlaşarkən maksimum diqqət və ehtiyatlılıq nümayiş etdirilməsi zəruridir.
Eyni zamanda, piyadalar da yol hərəkətinin iştirakçısı kimi üzərilərinə düşən məsuliyyəti unutmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və hərəkətin intensivliyini real qiymətləndirməlidirlər. Qəfil hərəkətlər, ləngimələr və yola qaçaraq çıxmaq qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Aparılan müşahidələr və təhlillər göstərir ki, piyada keçidlərində təhlükəsizliyin təmin olunması qarşılıqlı məsuliyyət prinsipi əsasında mümkündür. Sürücü və piyada arasında diqqət və qaydalara əməl edilməsi insan həyatının qorunmasında həlledici rol oynayır.
Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını qaydalara ciddi əməl etməyə, insan həyatına biganə yanaşmamağa çağırır", - məlumatda qeyd olunur.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








