Banner

Sürücü brezentin altında günlərlə qalan avtomobilini tanımadı - VİDEO

Hadisə 18 İyul 2025 19:30 Oxunub 1576
Sürücü brezentin altında günlərlə qalan avtomobilini tanımadı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Maşını brezentlə bağlayan vətəndaş iki ay sonra avtomobili deformasiyaya uğradığına görə onu tanımaqda çətinlik çəkib. Hadisə Türkiyədə baş verib.

Avtosfer.az xəbər verir ki, maşınını günəş və yağışdan qorumaq məqsədilə brezentlə örtən vətəndaş iki ay sonra gördüyü mənzərədən şoka düşüb. Mobil telefonla həmin anları qeydə alan sakin avtomobilinin ciddi şəkildə deformasiyaya uğradığını və texniki cəhətdən sıradan çıxdığını bildirib.

Vətəndaş görüntülərdə “bura baxın, dəhşətdir, vəziyyət dəhşətlidir, yazıqdır, indi nə olacağını bilmirəm” sözləri ilə həm təəccübünü, həm də narahatlığını ifadə edib.

İlkin ehtimallara görə, uzun müddət hava keçirməyən brezent altında qalan avtomobildə nəmişlik və temperatur dəyişiklikləri səbəbindən texniki və korroziya problemləri yaranıb. Hadisə ilə bağlı aidiyyəti qurumlardan hələlik açıqlama verilməyib.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh