Sürücü günün qaranlıq saatında avtobusun işıqlarını yandırmadı - VİDEO

Qaradağ rayonunun Sahil qəsəbəsində sərnişin daşıyan marşrut avtobusu nasaz vəziyyətdə sükanı idarə edib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Məhərrəm Seyidov küçəsində qeydə alınıb.
Bu barədə sosial şəbəkə ünvanımıza göndərilən videoda 164 nömrəli marşrut avtobusunun axşam saatlarında işıqları yandırmadan hərəkətdə olduğu açıq şəkildə görünür. Şikayət edən vətəndaşın sözlərinə görə, nəqliyyat vasitəsinin nə ön, nə də arxa işıqları yanmır:
“164 nömrəli marşrut işıqları yanmadan qəsəbədə sərnişin daşıyır. Avtobusun nasaz vəziyyətdə sərnişin daşımağa davam etməsi təhlükəli vəziyyət yaradır. Çünki qarşıdan gələn sürücülər işıqsız marşrutu vaxtında görməkdə çətinlik çəkir”.
Qeyd edək ki, bu cür hallar sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə risk altına salır.
Fidan














