Sürücü keçiddən keçən velosipedçini vurub bir neçə metr kənara atdı - ANBAAN VİDEO

Hadisə 5 İyun 2024 20:06 Oxunub 260
Sürücü keçiddən keçən velosipedçini vurub bir neçə metr kənara atdı  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskva şəhərində baş vermiş piyadavurma hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, görüntü sosial şəbəkədə geniş yayılıb. Videodan göründüyü kimi, nizamlanmamış keçiddən keçən velosipedçi vurulub. Belə ki, piyada keçidinə yaxınlaşan sürücü sürət həddini azaltmadan yoluna davam edir. Bu zaman yolu keçən velosipedçi avtomobilə çırpılaraq bir neçə metr kənara sıçrayır. Xoşbəxtlikdən hadisə zamanı o, ağır xəsarət almır.
Qeyd edək ki, sürücü hadisə zamanı diqqətsiz olduğunu bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh