
Sürücü qayda pozan yaşlı kişiyə xəbərdarlıq etdi: “Dayı, dayı..” - VİDEO
Hadisə
25 Sentyabr 2023 23:58
Oxunub 1302

Paytaxtın “20 Yanvar” dairəsində qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə bir neçə gün öncə səhər saatlarında baş verib. Sürücünün lentə aldığı kadrdan göründüyü kimi, yaşlı kişi nəqliyyat vasitələrinin hərəkətinə məhəl qoymadan yolu keçməyə çalışıb. Baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə bayker piyadaya səslənib. Belə ki, sürücü uca səslə ağsaqqalı çağırıb və ardınca “Salam, dayı. Necəsən? Nə var nə yox” deyə müraciət edib. Bayker piyada ilə dialoq qura bilməsə də qəza şəraitinin qarşısını almağı bacarıb.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri yaşlı piyadanın hərəkətini qınayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR