
Sürücü qəzalı yük maşınında ölü halda tapıldı - VİDEO
Hadisə
29 Sentyabr 2023 19:31
Oxunub 16056

Qəflətən halı pisləşən sürücü sükan arxasında keçinib.
Avtosfer.az-ın məlumatına əsasən, bədbəxt hadisə bugün (29 sentyabr) saat 05:00 radələrində Dağıstanın çıxışında qeydə alınıb. Belə ki, 50-EP-652 dövlət nömrə nişanlı, “Scania” markalı yük maşını qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, vəziyyəti pisləşən sürücü idarəetməni itirərək yük maşınını yoldan çıxarıb. Nəticədə nəqliyyat vasitəsi zədələnib, sürücü isə ölüb. Sürücünün ölümünə səbəb məlum olmayıb.
Qeyd edək ki, mərhumun yaxınlarına məlumat vermək məqsədilə çəkilmiş video “TikTok” sosial platformasında paylaşılıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR