Sürücü səkidə gedən qadını vurub ayağını qopardı - VİDEO

İstanbulun Kağıthane səmtində idarəetməni itirən avtomobil sürücüsü əvvəlcə digər maşına, daha sonra isə səkidə gedən qadına çırpılıb. Avtosfer.az İHA-ya istinadla xəbər verir ki, ayağı kəsilən qadın dünyasını dəyişərkən, saxlanılan sürücü həbs edilib. Avtomobilin sürətlə yamacdan endiyi anlar təhlükəsizlik kamerasına düşüb.

Hadisə martın 19-da saat 16.30 radələrində Talatpaşa rayonunda baş verib. Əldə edilən məlumata görə, sürətlə hərəkət edən “Fiat” markalı 34 GCZ 594 nömrə nişanlı avtomobilin sürücüsü sükanın idarəetməsini itirərək əvvəlcə digər maşını, daha sonra əks istiqamətdə səki ilə gedən Gülsüm Akgünü (48) vurub. Zərbənin təsirindən qadının ayağı qopub. Qəzanı görən vətəndaşlar polis və təcili yardıma xəbər verib.
Ayağının kəsildiyi bildirilən qadın bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Qəzaya səbəb olan 35 yaşlı sürücü Nurhan Barut polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub. Digər tərəfdən qəzaya səbəb olan avtomobilin sürətlə həərəkət etdiyi anlar təhlükəsizlik kamerasına düşüb.Hadisə ilə bağlı araşdırmalara başlanılıb.(azpost)
Videonu təqdim edirik:
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO









