Sürücü yolun ortasında dayanan yaşlı piyadaya baxın necə reaksiya verdi - VİDEO

Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində qayda pozan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 8-i səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, piyada avtomobillərin intensiv hərəkətdə olduğu yoldan keçib. Belə ki, ərazidə yeraltı keçid olsa da, qayda pozan yaşlı kişi həm öz həyatını, həm də sürücüləri təhlükəyə atıb. Yolu yarılayan piyada zolağın ortasında dayandıqdan sonra soldan gələn avtomobili gözləyib. Xoşbəxtlikdən sürücü nəqliyyat vasitəsinin hərəkətini vaxtında saxlayıb. Qəza riskiylə üzləşən sürücü piyadaya əsəbiləşərək xoşagəlməz ifadələr işlədib. Bu zaman avtomobildəki sərnişin piyadanın yaşlı olduğunu ona vurğulayaraq qarğış etməməsini söyləyib. Sürücü isə “Beləsinə nə deyəsən? 60-70 yaşlarında adamdır, danışanda isə cavanları bəyənmir. Yaxınlıqda keçid var, amma etdiyinə bax” deyərək xanım sərnişinə cavab verib.
Nərmin
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










