
Sürücülərə cərimə yazan DYP əməkdaşları özləri də qayda pozdu - VİDEO - FOTO
Hadisə
21 Avqust 2023 12:29
Oxunub 984

Avqustun 19-u Mərdəkan istiqamətində sürət həddini aşan paytaxt sakini cərimə edilib.
Avtosfer.az xəbər verir ki, sürücünün iddiasına görə görüntülər DYP avtomobilindən çəkilib. Lakin cərimə yazan patrul avtomobili özü velosiped zolağında dayanıb.
Bəs özü qayda pozaraq qayda pozanlari qeydə alan DYP əməkdaşını hansı cəza gözləyir?
Qeyd edək ki, qanunda velosiped zolağına çıxmaq barəsində heç bir maddə qeydə alınmayıb. Lakin dayanma-durma qaydalarını pozduğuna görə DYP avtomobili cərimə edilə bilər.
Leyla
ŞƏRH YAZ