Sürücülərin diqqətinə! Yasamalda dayanacaqdan qopan şüşə yola səpələnib – VİDEO

Hadisə 4 İyun 2025 17:30 Oxunub 1054
Sürücülərin diqqətinə!  Yasamalda dayanacaqdan qopan şüşə yola səpələnib – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtdakı dayanacaqlardan birinin üzərindəki reklam lövhəsinin şüşəsi ərazidə yaşayanların narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu İnşaatçılar prospektində dayanacağın reklam lövhəsinin şüşəsi qırılıb və ətrafa səpələnib. Bu barədə ərazidə yaşayan sakinlərdən biri redaksiyamıza video göndərib. Onun sözlərinə görə reklam lövhəsinin şüşəsi ikiqat qalın material idi, bir neçə ay lövhə çatlamışdı, dayanacaqda gözləyən vətəndaşlar hər dəfə o şüşəyə təmas etdikcə lövhə qırılıb və şüşə ətrafa səpələnib.

Bir neçə gündür paytaxtda əsən güclü külək, eləcə də avtomobillərin ərazidəki davamlı hərəkəti şüşə qırıntılarını yolun ortasına qədər aparır. Bu da sonda ağır qəzaya, ya da piyadavurma hadisəsinə gətirib çıxaracaq. Sakin aidiyyəti qurumların tezliklə hərəkətə keçməsini və yaranan problemin həllini xahiş edib.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh