Sürücülük vəsiqəsi olmayan şəxsin vurduğu 70 yaşlı kişi öldü - VİDEO

Türkiyənin Sakarya şəhərinin Arifiye rayonunda sürücülük vəsiqəsi olmadığı iddia edilən sürücünün avtomobillə vurduğu 70 yaşlı kişi həyatını itirib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, qəza Arifiye rayonunun Arifbey məhəlləsi ərazisində, D-100 magistral yolunun Düzcə istiqamətində, piyada keçidinə təxminən 20 metr məsafədə baş verib. İlkin məlumata görə, yolu keçməyə çalışan 70 yaşlı Hasan Şahinə 21 yaşlı M.E.Y.-nin idarə etdiyi avtomobil çırpılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Sağlamlıq işçilərinin apardığı müayinələr nəticəsində Hasan Şahinin hadisə yerində həyatını itirdiyi müəyyən edilib.
Hadisə yerində aparılan baxışdan sonra yaşlı kişinin cəsədi xəstəxananın morquna aparılıb. Qəza ilə bağlı sürücü polis tərəfindən saxlanılıb. Qəza nəticəsində avtomobilin kapot hissəsinin demək olar ki, kağız kimi əzilməsi hadisənin ağırlığını açıq şəkildə göstərib.
Faktla bağlı araşdırma aparılır./Sonxeber.az
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO











