Sürücünü girov götürdü, daxili işlər naziri ilə görüş tələb etdi - VİDEO

Hadisə 24 Dekabr 2023 09:20 Oxunub 4090
Sürücünü girov götürdü,  daxili işlər naziri ilə görüş tələb etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstanbuldan 100 km aralıda avtomobil yolunun yaxınlığında tapança ilə silahlanmış naməlum şəxs yük maşını sürücüsünü girov götürüb.

O, bir neçə dəfə havaya atəş açıb və Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya ilə görüş tələb edib.

Məlumata görə, jandarm patrulu yük avtomobilini magistral yolun girişində saxlamağa çalışsa da, həmin şəxs silahla hədələyərək sürücüdən hərəkətinə davam etməsini tələb edib. Jandarm qüvvələri havaya xəbərdarlıq atəşi açaraq maşını saxlayıblar. Yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə yerinə əlavə hüquq-mühafizə bölmələri cəlb olunub və kişini təslim olmağa razı salmağa çalışıblar. O, sosial şəbəkədəki hesabında canlı yayım açaraq, Daxili İşlər Nazirliyinin rəhbərindən onun başına gələn əhvalatı həll etməyi xahiş edib.

“Mən ruhi xəstə deyiləm. Məni aldatdılar, öldürmək istədilər”, - deyə o bildirib.

Silahllı şəxs nazir A.Yerlikaya ilə telefon danışığından sonra təslim olub. DİN rəhbəri ona işinin həllinə kömək edəcəyinə söz verib.

Adının Fatih olduğu açıqlanan kişi saxlanılaraq istintaq üçün Kocaeli vilayətinin təhlükəsizlik şöbəsinə aparılıb.​ (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh