Sürücüylə sərnişin arasında dava: “İşverən sənsən, küçük də sənsən” - VİDEO

Hadisə 25 Oktyabr 2023 20:15 Oxunub 7920
Sürücüylə sərnişin arasında dava: “İşverən sənsən, küçük də sənsən”   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonunda sürücü və sərnişinlər arasında insident yaşanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bugün (25 oktyabr) səhər saatlarında 32 nömrəli marşrut avtobusunda qeydə alınıb. Belə ki, sürücünün avtobusu işə salmaması sərnişinlərin narazılığına səbəb olub. Lakin sərnişinlər etirazlarını bildirsələr də sürücü onlara məhəl qoymayıb. Bu zaman sərnişinlərdən biri sürücünün sözlərindən əsəbiləşərək yanına gedib və mübahisə etməyə başlayıb. Sürücü “vobşe getmirəm, get kimə deyirsən de. İşverən sənsən, küçük də sənsən. Başa düşdün” deyə sərnişinə cavab verib. Onlar əl-qol hərəkətləriylə bir-birilərini təhqir etməyə başlayıblar. Dava ərazidəki digər şəxsin olaya müdaxilə etməsi ilə sonlanıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh