Sürücüylə xanım sərnişin arasında qalmaqal - “10 manatı cıraram, amma sənə vermərəm..” - VİDEO

Hadisə 26 May 2023 18:00 Oxunub 1300
Sürücüylə xanım sərnişin arasında qalmaqal - “10 manatı cıraram, amma sənə vermərəm..”   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstədiyi ünvana çatdı, amma sürücünün pulunu vermədi.

Avtosfer.az xəbər verir ki, qalmaqallı hadisənin görüntüləri Qarayev ərazisində qeydə alınıb. Sosial şəbəkə istifadəçilərinin qınaq obyektinə çevrilən videodan da bəlli olduğu kimi mübahisə taksi sürücüsü ilə sərnişin arasında yaranıb. Belə ki, qeyd etdiyi ünvana çatan sərnişin sürücünün 10 manat ödəməli olduğu dediyi zaman pulun çox olduğunu dilə gətirərək bu məbləği ona verməyəcəyini bildirib. Sürücünün sözlərinə görə o, xanım sərnişini Sumqayıtdan Qarayevə qədər gətirib və taksi nə qədər yazıbsa onu müştəriyə qeyd edib. Cavabında iradını bildirən qadın  isə sürücüyə məbləği öncədən deməli olduğunu söyləyərək “mən qadınam, yeri gəlsə 5 manata da aparmalısan. Məsələ o pulda deyil, etdiyiniz hərəkətdədir. 10 manatı gözünün önündə cıraram, amma sənə vermərəm” deyə israrla fikrindən dönməyib. Əsəbləşən sürücü isə onunla söz savaşına girmək istəmədiyini bildirərək “Atanın hambalı yoxdur. Səninlə söhbət etməyəcəm. Ağsaqqalını de, onunla danışım” deyə cavab verib. 

Qeyd edək ki, uzun sürən mübahisənin sonunda qadın pulu vermədən hadisə yerini tərk edib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh