Mərdəkanda üç maşın toqquşdu, üç nəfər öldü - Yaralı da var - VİDEO

Hadisə 1 İyun 2024 13:51 Oxunub 5694
Mərdəkanda üç maşın toqquşdu, üç nəfər öldü - Yaralı da var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb, bir nəfər xəsarət alıb".

Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, 01.06.2024-cü il tarixində saat 07:58-də Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

"Çağırış ünvanına təcili yardım briqadası cəlb olunub. Üç nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. 39 yaşlı 1 nəfər isə (kişi cinsli) döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb".

***

12:00

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli sorğuya cavab olaraq faktı təsdiqlədi:

"Bu gün saat 08:00-da Mərdəkan qəsəbəsi ərazisində üç nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisənin baş verməsinə səbəb "Hyundai Matrix" markalı nəqliyyat vasitəsinin idarəetməni itirərək, əks hərəkət zolağına çıxaraq qarşıdan gələn "Hyundai Santafe" və "Daewoo Gentra" markalı nəqliyyat vasitələri ilə toqquşması olub.

Hadisə nəticəsində "Hyundai Matrix"in sürücüsü və sərnişini, eyni zamanda "Hyundai Santafe"nin sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə nəticəsində həyatını itirənlər "Hyundai Matrix"in sürücüsü Ayxan Rəsulov, sərnişini İftixar İskəndərov, "Hyundai Santafe"nin sürücüsü Fərid Hüseynovdur" - deyə T. Nəsirli qeyd edib.

***

11:44
Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında zəncirvari, ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində üç nəfər həyatını itirib.

Qəzanın baş verməsinə səbəb "Hyundai Santafe" "Hyundai Matrix" və "Daewoo Gentra" markalı avtomobillərin toqquşması olub.

İlkin məlumata görə ölənlərdən biri "Hyundai Santafe" markalı avtomobilin sürücüsüdür.

 

***

09:20
Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən Şüvəlan qəsəbəsi istiqamətində sıxlıq yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh