Tağıyev qəsəbəsində ağır yol qəzası - bir ailənin 3 üzvü öldü - VİDEO
Hadisə 17 Fevral 2022 21:37 Oxunub 1782
Tağıyev qəsəbəsində ağır yol qəzası -  bir ailənin 3 üzvü öldü   - VİDEO

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə Əliyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Hadisə şahidlərinin göndərdiyi videonu sizlərə təqdim edirik. (Press.az)

Avtosfer.az xəbər verir ki, qəzada həlak olan Fidan Ələkbərovanın bacısı ailə üzvləri ilə birlikdə bu gün Qubada dəm qazından boğularaq ölüb. O, həyat yoldaşı və qızı ilə Qubaya gedən zaman qəza baş verib və həyatlarını itirib. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh