Taksi duracağında dayanan taksi sürücüsü cərimələnib - VİDEO - YENİLƏNİB

Üçüncü dəfə idarəyə müraciət etdiyini vurğulayan sürücü saytımıza bildirib ki, “E-Polis” mobil tətbiqi üzərindən cəriməsinə xitam verilib.
*** 13:00
Əsassız olaraq cərimələndiyini iddia edən sürücü saytımıza müraciət edərək problemini bildirib.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 22-də paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 77-BS-270 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobilin sürücüsü ona dayanma-durma qaydalarını pozmasıyla bağlı elektron cərimə tətbiq olunduğunu bildirib. Şikayətçi iddia edir ki, maşınını 5.14 nişanı ilə işarələnmiş taksi duracağı yerində saxlayıb. Lakin ertəsi gün ona qayda pozmasıyla bağlı cərimə protokolu gəlib.
Cəriməylə razılaşmayan sürücü Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsiylə müraciət etdiyini əlavə edib. Onun sözlərinə görə, idarə öncə onun şikayətinə müsbət reaksiya verib. Bildirilib ki, kameranın aspektindən nişan görünmədiyi üçün cərimə səhv yazılıb. Lakin bir müddət sonra (mayın 30-da) sürücüyə cərimənin doğru yazılmasıyla bağlı cavab gəlib.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












