
Taksi sürücüləri ilə mübahisə etdi, maşınını yandırdı - VİDEO
Hadisə
21 Fevral 2023 22:20
Oxunub 1314

Sabirabadda bir taksi sürücüsü öz avtomobilini küçənin ortasında yandırıb. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb.
Səbəb kimi isə digər taksi sürücülərinin onun fəaliyyətinə mane olması göstərilir. Məsələni polis nəzarətə götürüb.
Taksi fəaliyyəti ilə məşğul olan Ramil Babayev adlı şəxs digər taksi sürücüləri ilə mübahisə etdikdən sonra avtomobilini yandırıb.
Həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülər isə deyilənlərlə razılaşmırlar.
Hazırda rayon polisi hadisəni nəzarətə götürüb, araşdırma aparılır.
ŞƏRH YAZ