Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi

Oğruluqda təqsirləndirilən taksi sürücüsünə hökm oxunub.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, Bakıda taksi fəaliyyəti ilə məşğul olan N.R. məhkəmə prosesində bildirib ki, yolun kənarında pul kisəsi görüb. Onu götürdükdən sonra məlum olub ki, pul kisəsində 20 manat və bank kartları var.
N.R. 20 manatı yanacağa sərf edib. Bundan başqa, bank kartlarından pul çıxarmaq qərarına gəlib. O, kartların birindən 1430 manat pul çıxara bilib.
N.R. məhkəmədə kartdan pul çıxarmasını təsadüf kimi qiymətləndirib. O, iddia edib ki, zərərçəkmişin şəxsiyyət vəsiqəsi də pul kisəsində olub və sənədin sahibi haqqında məlumatara baxıb. Bank kartının parolunun zərərçəkmişin təvəllüdü ola biləcəyini ehtimal edib. Bu ehtimal özünü doğruldub. Lakin digər kartlarda bu, keçərli olmayıb. N.R. digər kartların bloklandığını görüb.
Hadisə ötən il iyulun 4-də baş verib. İki gün sonra isə Xətai Rayon Polis İdarəsinin əməkdaşları N.R.-nı saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1 (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) ittiham irəli sürülüb.
N.R. Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə mühakimə edilib. Hakimin çıxardığı hökmə əsasən o, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO










