Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu

Bakıda taksi sürücüsü ilə müştəri arasında insident baş verib.
Avtosfer.az xəbər verir ki, paytaxt sakini N.İsmayılova polisə müraciətində Nərimanov rayonu ərazisində müştərisi olduğu taksinin sürücüsünün onu təhqir etdiyini deyib.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən 2003-cü il təvəllüdlü taksi sürücüsü M.Məmmədov barəsində inzibati protokol tərtib edilib.
O, ifadəsində bildirib ki, sərnişini təhqir etməyib, əksinə özü təhqirlə üzləşib: “Həmin vaxt bir nəfər qadın taksidə idi. Atam ürək xəstəsi olduğundan, onunla mobil telefonla danışırdım, bununla bağlı xanımdan icazə də istəmişdim.
Lakin xanım qorxduğunu deyib iradlar bildirdi, daha sonra bir nəfər kişiyə zəng edərək onunla danışmağımı istədi. Həmin şəxs telefonda məni təhqir etdiyi üçün xanımı aparmaqdan imtina etdim. Həmin şəxs mənə hədə-qorxu gəldiyindən narahat olub belə bir addım atdım. Bu vaxt özüm də “102”yə zəng etdim, polis çağırdım. Polis də gəlib bizi bölməyə apardı. Xanımı təhqir etməmişəm, ona qarşı hər hansı qanunsuz hərəkətə yol verməmişəm. Əksinə telefondakı şəxs məni təhqir edib”.
Nərimanov Rayon Məhkəməsi 23 yaşlı sürücünün əməlində inzibati xəta müəyyən etmədiyindən icraata xitam verilib./qafqazinfo
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü
Masallıda qaz borusuna çırpılan avtomobil tamamilə YANDI - VİDEO
Bakıda parkinq restoran tərəfindən zəbt olunub? - FOTOLAR
Avtobusdan düşən kimi yola qaçan qadın qəzanın bir addımlığından döndü - VİDEO
"Neftçilər" stansiyası yaxınlığında yanan avtomobil söndürüldü - VİDEO - YENİLƏNİB
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB










