Banner

Taksi sürücüsü qadın müştərisinə tanışlıq təklif etdi, HƏBS OLUNDU - VİDEO

Hadisə 24 İyun 2025 18:45 Oxunub 2578
Taksi sürücüsü qadın müştərisinə tanışlıq təklif etdi, HƏBS OLUNDU - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə vaxtaşırı xəbərlər yayımlanır. Belə halların qarşısının alınması məqsədilə sərnişinlər Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə şikayət edir.

Avtosfer.az-ın məlumatına görə, bu gün daha bir taksi sürücüsü eyni əmələ görə saxlanılıb. Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı “Chevrolet” markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

Bir daha diqqətə çatdırırıq ki, vətəndaşlar belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat versinlər.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh