Taksi sürücüsü YAŞLI QADINI DƏLƏDUZLARDAN belə xilas etdi - VİDEO

Rusiyada taksi sürücüsü təqaüdçü qadını dələduzlardan xilas edib.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərində baş verib.
Bir taksi sürücüsü Obuxovskoy Oboronı küçəsindən sifariş alır. Həmin ünvana yaxınlaşanda yolun kənarı ilə yaşlı bir qadının getdiyini görür, amma ona məhəl vermədən sifariş verilən yerə gedir. Lakin sürücü bir müddət gözləsə də avtomobilə yaxınlaşan olmadığı üçün proqram vasitəsilə sifariş verən sərnişinə məktub yazır. Bu zaman bir az əvvəl yol kənarında gördüyü yaşlı qadın geri qayıdaraq həmin avtomobilə minir.
Həmin qadın sürücüyə sifarişin tanımadığı şəxs tərəfindən verildiyini və özünün nə avtomobilin modelindən, nə də qeydiyyat nömrəsindən xəbəri olduğunu deyib. Taksi sürücüsü banka gedən qadının yol boyu kiminləsə danışdığını eşidir və onların arasındakı söhbətdən anlayır ki, sərnişinini aldatmağa çalışırlar. Buna görə də taksi sürücüsü qadına dələduzlar tərəfindən aldadıldığını deyir və avtomobili saxlayaraq ətrafdakılardan polisə xəbər vermələrini istəyir.
Bu zaman qadının mənzil kommunal idarəsinin rəisi olan qonşusu onu tanıyaraq qohumları ilə əlaqə saxlayacağına söz verir. Taksi sürücüsünün ayıqlığı nəticəsində yaşlı qadın dələduzlardan xilas olur.
Namiq Musayev
Gəncədə maşınların utilizasiyası zavodunda yanğın: 3 avtomobil kül oldu - FOTO
İş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO
Bərdədəki 40 min manatlıq oğurluğun VİDEOsu
İşıqforu gözardı edərək yolu keçən qadın övladını da təhlükəyə atdı - VİDEO
Etibar Məmmədovun villasından 32 min oğurlayıb Bilgəhdə qızlara xərclədi - Bağbanın oğlu
Bakıda ŞOK OLAY: Maşınlara yumurta atıb, şüşəsilənlərini qaldırdılar - VİDEO
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Bakıda itkin düşən uşaq tapıldı - FOTO - YENİLƏNİB
"Jeep" sürücüsünü qarət edənlərə ağır cəza istənildi - VİDEO
Sumqayıtda yataqxanada yanğın - Sakinlər təxliyə edildi - VİDEO
Prospektdə yaşlı kişi yaxınlaşan maşını görə-görə yolu keçdi - VİDEO








