![Bakının mərkəzində 20 yaşlı qızı maşına qoyub qaçırıblar? - FOTO](/upload/news/small/4362096.jpeg)
Taksi sürücüsündən əməkdaşlıq etdiyi şirkətə: “Qələt edir, mənimlə maşın alıb?” - VİDEO
![Taksi sürücüsündən əməkdaşlıq etdiyi şirkətə: “Qələt edir, mənimlə maşın alıb?” - VİDEO](/upload/news/1432388.jpeg)
Taksi sürücüsü ilə xanım müştəri arasında dava düşüb.
Avtosfer.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində yayılan video şikayətçi müştəri tərəfindən paylaşılıb. Görüntüdən aydın olduğu kimi, taksi xidmətiylə məşğul olan şəxs müştəri xanımın sifarişini rədd edib və bu səbəblə aralarında mübahisə yaranıb. Belə ki, əməkdaşlıq etdiyi şirkətin tətbiqində göstərilən məbləğin az olduğunu bildirən sürücü müştərini həmin məbləğdə qeyd olunan ünvana aparmayacağını söyləyib. Müştəri səbəbini soruşduğu zaman isə veriləcək pulun onu qane etmədiyini bildirib. Xanım şirkətin tətbiqində “1 manat” yazıldığını dediyi zaman isə, sürücü aqressiyasına hakim olmayaraq “Şirkət qələt edir, mənimlə maşın alıb? 10-15 min manat pul verib almışam” deyə bildirib. Müştərinin “ünvana çatdırmayacaqdınsa əraziyə gəlməzdən əvvəl ləğv edərdin” cümləsinə cavab olaraq sürücü sifarişi ləğv edib.
Nərmin