Taksi sürücüsündən pulunu ala bilməyən sərnişin üsyan etdi - VİDEO

Sərnişin sürücüdən pulun qalığını istədi, o isə sadəcə 1 manat verməklə uzaqlaşdı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən video elə şikayətçinin özü tərəfindən lentə alınıb. Kadrlarda əksini tapan dialoqdan bəlli olduğu kimi sərnişin taksi sürücüsünə olan şikayətini dilə gətirib. Belə ki, “Toyota Prius” markalı, 77-BD-998 dövlət nömrə nişanlı taksi sürücüsü yazılan məbləğdən artıq pul alıb və qalığı qaytarmayıb. Səbəbini soruşduqda isə sürücü xanımı 20 dəqiqə gözlədiyini bildirib. Sərnişin gözlətmənin qarşılığında verdiyi pulu istisna sayaraq yenə də sürücünün verdiyi məbləğin ikiqatını mənimsədiyini bildirsə də, sürücü sadəcə 1 manat verməklə kifayətlənib. Etdiyi əməli sosial şəbəkələrdə paylaşaraq, avtomobilinin nömrəsini də qeyd edəcəyini vurğulayan sərnişinə cavabında isə sürücü, “problem deyil, çəkin paylaşın” deyə bildirib.
Nərmin Əkbər
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı











