Taksi sürücüsünü döyən AA seriyalı avtomobilin sahibi görün kimdir - VİDEO (YENİLƏNİB)

“Torqovıy”da yolu bağlayıb taksi sürücüsünü döyən 77-AA-019 dövlət qeydiyyat nişanlı avromobilin sahibi və avtomobili idarəetmə hüququ olan şəxsin kimliyi bəlli olub.
Avtosfer.az Ajans.az-a istinadən xəbər verir ki, avtomobili idarəetmə hüququ olan Abşeron sakini 1991-ci il təvəllüdlü Mütəllimov Namiq Fərhad oğlu “Mastel Holding” MMC nin sex rəisi vəzifəsində çalışır. 77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə “SSMOVİE” MMC-dir
Qeyd edək ki, “SSMOVİE” MMC-yə il gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib. Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Şirkətin məhkəməyə verilmə məlumatları Fed.az saytından götürülüb. Taksi sürücüsünü kimin döydüyü barədə hələ ki dəqiq açıqlama yoxdur.
**
Bakının mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, gecə təxminən saat 03:00 radələrində "Torqovıy" adlanan ərazidə gediş haqqını istəyən taksi sürücüsü ilə sərnişin qismində olan xanım arasında münaqişə yaranıb. Zəng edərək öz yaxınlarını hadisə yerinə çağıran xanımın yaxınları taksi sürücüsünə qarşı zor tətbiq ediblər.
Xanımın ora çağırdığı yaxınları ictimai qayda-qanunu kobud şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edib, taksi sürücüsü üzərində zor tətbiq edərək qərəzli hərəkətlər etmiş olan 77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili ilə yolu bağlayaraq hərəkətə maneə törədib.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO








