Taksi sürücüsüylə sərnişin arasında dava: “Avtobusdur ki, 6 nəfər minirsiniz?” - VİDEO

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində sürücüylə sərnişin arasında mübahisə baş verib.
Avtosfer.az-ın məlumatına görə, sürücü bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, taksi fəaliyyətiylə məşğul olan sürücü arxa oturacaqda əyləşən 4 nəfərə müraciət edərək onlardan birinin önə keçməsini bildirib. Bu zaman sərnişinlərdən biri öndə başqa bir xanımın əyləşəcəyini qeyd edib. Sürücü isə 5 nəfərin avtomobillə daşınmasına icazə verilmədiyini vurğulayıb. Maşından düşən sərnişin “Dəhşətsiniz, bu maşına 6 nəfər yerləşər” deyərək sürücüyə iradını bildirib. O isə “Ay xanım, avtobusdur ki, 6 nəfər minirsiniz?” deyə, əsəbi halda cavab verib.
Qeyd edək ki, avtomobilin arxa oturacağında 4 nəfərin əyləşməsi sərnişin daşınması qaydalarına ziddir və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nizamlanır.
Nərmin
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO










