Tanınmış alimi avtomobillə vurub öldürən şöbə müdiri hakim qarşısında - FOTO - YENİLƏNİB

Hadisə 20 İyun 2024 13:10 Oxunub 286
Tanınmış alimi avtomobillə vurub öldürən  şöbə müdiri hakim qarşısında - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəmə prosesində müdafiə tərəfi işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.

Avtosfer.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində baş tutan prosesdə A.Acaloğlunun hüquqi varisini təmsil edən vəkillər Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırıb, həmçinin qarşı tərəfin əmlaklarına həbs qoyulmasını istəyib.

Hakim Anar Rzayev mülki iddianı icraata qəbul edib. Əmlaklara həbs qoyulması ilə bağlı vəsatət isə rədd edilib.

***

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb.

Avtosfer.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi təklif edilib.

Müşavirədən qayıdan hakim heyəti cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin olunub.

(qafqazinfo)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh