Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov Türkiyədə həlak oldu
Hadisə
13 Noyabr 2025 13:48
Oxunub 194

Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Trend"ə jurnalistin yaxınları məlumat veriblər.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub.
Onun "Euronews" üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən süjetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














