Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan “Kəpəz Hospital”ın cərrahı Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən həkimə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib.
İş materiallarından məlum olub ki, o, daha əvvəl də narkotik cinayəti ilə bağlı məhkum edilibmiş. Hətta həmin məhkumluğu tam ödənilməyib. Elşən Əliyev bu dəfə isə polis əməkdaşları tərəfindən “Opera Hotel”də tutulub. Otağa baxış zamanı müxtəlif növ narkotik vasitələr aşkar edilib.

Cərrah məhkəmədə özünü təqsirli bilməyib. Elşən ifadəsində əvvəllər narkotik istifadə etdiyini etiraf edib, lakin həbsdən çıxdıqdan sonra vərdişindən aralandığını deyib. O, tutulan gün hoteldə olma səbəbini isə Səhiyyə Nazirliyinin təşkil etdiyi imtahanla əlaqələndirib. Dediyinə görə, üç-dörd gün ərzində hoteldə hazırlaşmalı imiş.
Yekunda toplanmış sübutlar və şahid ifadələri ilə Elşən mütəşəkkil dəstə halında narkotik satışı ilə məşğul olmaqda təqsirli bilinib. Hökmə əsasən, cərraha 9 il həbs cəzası verilib.
Qeyd edək ki, ürək-damar cərrahı olan Elşən Əliyev “Kəpəz Hospital”dan əvvəl “Lazur Hospital”, “Real Hospital”, eləcə də “Alo Doktor” kimi bir sıra özəl klinikalarda çalışıb.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO











