Tanınmış siyasətçi VƏFAT ETDİ - FOTO

Türkiyədə Kürd siyasətçisi, keçmiş Diyarbəkir meri və yazıçı Mehdi Zana vəfat edib.
Avtosfer.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Mehdi Zana bir müddət əvvəl xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) səbəbilə xəstəxanaya yerləşdirilib.
Vəziyyəti ağırlaşan siyasətçi reanimasiya şöbəsinə alınıb.
Zananın avqustun 29-da saat 18:35 radələrində Diyarbəkirdəki özəl xəstəxanada çoxsaylı orqan çatışmazlığı səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Onun yaxınlarının Rûdaw-a verdiyi məlumata görə, Mehdi Zananın cənazəsi avqustun 30-da günorta saatlarında Yeniköy qəbiristanlığında dəfn ediləcək.
Mehdi Zana kimdir?
Mehdi Zana 20 dekabr 1940-cı ildə Diyarbəkirin Silvan rayonunda anadan olub. O, əvvəlcə “Bilici” soyadını daşıyıb, daha sonra soyadını kürdcə “Zana” olaraq dəyişdirib.
Zana 1977-1980-ci illərdə Diyarbəkir şəhərinin meri vəzifəsində çalışıb. O, kürd siyasi hərəkatının tanınmış simalarından biri olmaqla yanaşı, siyasətçi, fəal və yazıçı kimi də fəaliyyət göstərib.
Mehdi Zana uzun illər ərzində Türkiyədə kürd siyasi hərəkatının əsas simalarından biri kimi tanınıb./nocomment.az

Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












