Tarixində telefon qaçaqmalçılığına qarşı ən böyük əməliyyat keçirilib
Hadisə
7 Oktyabr 2025 20:51

Londonda Britaniyadan Çinə 40 minə qədər oğurlanmış smartfonun qaçaqmalçılığında şübhəli bilinən cinayətkar şəbəkənin 50-yə yaxın üzvü həbs edilib. Avtosfer.az bu barədə "Report"a istinadən xəbər verir. Araşdırma ötən ilin dekabrında başlayıb. Hitrou hava limanı yaxınlığındakı bir anbar məntəqəsində Honq Konqa göndərilmək üçün nəzərdə tutulan 1 000 smartfon yerləşdirilmiş qutu aşkar edilib. Demək olar ki, bütün cihazlar oğurlanmış olub. Bundan sonra əməliyyat keçirilib və şübhəlilər izlənib. "Sky News"in məlumatına görə, bu, Britaniya tarixində telefon oğurluğuna qarşı həyata keçirilmiş ən böyük əməliyyatdır. Əməliyyatın iki həftəsi ərzində ümumilikdə 46 nəfər həbs edilib və istintaq tədbirləri davam edir.
Oxunub : 642
DİGƏR XƏBƏRLƏR
31 Oktyabr 2026 15:00
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
30 Oktyabr 2026 17:30
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
30 Oktyabr 2026 16:44
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
30 Oktyabr 2026 13:18
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
29 Oktyabr 2026 21:13
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
29 Oktyabr 2026 15:48
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
29 Oktyabr 2026 15:30
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
29 Oktyabr 2026 11:20
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
28 Oktyabr 2026 17:46
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
28 Oktyabr 2026 14:23
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
28 Oktyabr 2026 14:00
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
27 Oktyabr 2026 19:35
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
ŞƏRH YAZ












