Taxıl sahələri yanıb, magistral su kəməri zədələnib

Cəlilabadın Masallı ilə inzibati sərhədində taxıl sahələri yanıb. Avtosfer.az xəbər verir ki, sakinlərin "Report"a verdiyi məlumata görə, yanğın əvvəlcə Masallı rayonunun Güllütəpə kəndi ərazisində yerləşən biçilmiş taxıl sahələrindən başlayıb. Sonra yanğın Cəlilabad rayonunun Həziabad kəndi ərazisindəki biçilmiş taxıl sahələrinə yayılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub, yanğın söndürülüb. Hadisə nəticəsində Cəlilabadın Həziabad kəndi ərazisində 15 hektara yaxın biçilmiş taxıl sahəsinin yandığı bildirilir. Həmçinin yanğın zamanı Cəlilabad rayonunu içməli su ilə təmin Viləşçay su anbarından çəkilən magistral su kəməri də zədələnib. Hazırda kəmərdən içməli su ətraf əraziyə axır. Su kəmərinin bərpa olunması istiqamətində işlər aparılır. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












