
Tblisi prospektində yolunu azan yük maşını avtomobilə təhlükəli anlar yaşatdı - VİDEO
Hadisə
5 May 2023 21:27
Oxunub 776

Boş yolda öz zolağından kənara çıxdı, sol istiqamətdəki avtomobilə təhlükəli anlar yaşatdı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən hadisə Tblisi prospektində qeydə alınıb. Şikayətçinin kameraya aldığı görüntülərdən aydın olduğu kimi boş yolda hərəkət edən yük avtomobili öz zolağından çıxıb. Bu zaman yolun sol zolağı ilə hərəkət edən avtomobil üçün təhlükə yaradıb. Yük avtomobilinin etdiyi qayda pozuntusuna məna verməyən sürücü sürət həddini artıraraq onun caynağına keçməkdən qurtulub.
Nərmin Əkbər
ŞƏRH YAZ