TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB

TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb.
TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə "iki tərəfli varikosel" diaqnozu ilə əməliyyata qəbul edilib.
Qeyd olunub ki, əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib.
Məlumata görə, əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb, pasiyentin hemodinamikası stabil olub:
"Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi "ağciyər arteriyasının trombemboliyası" diaqnozu ehtimal olunur".
***
Göyçay rayonunda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə mayın 5-i Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, Ucar rayon sakini 1974-cü il təvəllüdlü Vidadi Əliyar oğlu İsgəndərov damar əməliyyatı zamanı ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












