
Təhlükə saçan “Prius” sürücüsü: Maşını yolun ortasında saxlayıb arxa-arxaya sürdü - VİDEO

Bakı-Sumqayıt yolunda təhlükə yaradan sürücünün görüntüsü TikTok” sosial şəbəkəsində paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, “Toyota Prius” markalı avtomobilin sürücüsü maşını yolun hərəkət hissəsində saxlayıb. Daha sonra isə o, maşını arxa-arxaya sürərək hərəkətdə olan digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb.
İddialara əsasən, avtomobilin yanacağı bitdiyi üçün o, maşını yolda saxlayıb.
Qeyd edək ki, sürücü hərəkətdə olduğu zaman qəfil avtomobildə nasazlıq yaranarsa öncə qəza işıqlarını yandıraraq digər hərəkət iştirakçılarına xəbərdar etməlidir. Daha sonra bacardıqca maşını yol kənarına çəkməli və mütləq qəza dayanma nişanından istifadə etməlidir.
Nərmin