Təhlükəsizlik Xidmətinin keçmiş zabitinin “Prado”sunun partlama anı - FOTO+VİDEO

Hadisə 12 Aprel 2024 19:20 Oxunub 2160
Təhlükəsizlik Xidmətinin keçmiş zabitinin “Prado”sunun partlama anı - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Vasili Prozorovun olduğu avtomobilin partlama anı təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə aprelin 12-də Moskvada Korovinskoe yolu üzərində yerləşən çoxmərtəbəli binanın qarşısında yerləşən park yerində baş verib. 
Kadrlarda, V.Prozorovun qara rəngli "Land Cruiser Prado" markalı avtomobilinə yaxınlaşdığı və bundan az sonra partlayışın yaşandığı görülür.
Məlumata görə, Prozorov ayağından xəsarətlər alıb. 
Qeyd edilir ki, partlayış nəticəsində yaxınlıqda park edilmiş "İnfiniti" və "BMW" markalı avtomobillərə də ziyan dəyib.
Hazırda təhlükəsizlik qüvvələri tərəfindən partlayışın hansı səbəbdən baş verdiyini araşdırılır.
Avtomobilə bomba qoyulması istisna olunmur.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh