Təhsil İdarəsi Sumqayıt məktəbində baş verən hadisə ilə bağlı məlumat yaydı

Sosial şəbəkədə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə noyabrın 24-də məktəbin 10-cu sinif şagirdinin sinif yoldaşına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirdiyi bildirilib.
Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Açıqlamada qeyd edilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Sağlam psixoloji mühitin bərpası, şagirdlər arasında qarşılıqlı hörmətin gücləndirilməsi və stresin düzgün idarə olunması ilə bağlı həm şagirdlərlə, həm də pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması məktəb rəhbərliyinə tapşırılıb.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








