Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi

Bakıda tələbə qıza mesajlar yazaraq ona əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.
Avtosfer.az "qafqazinfo"ya istinadən xəbər verir ki, oktyabrın 7-si Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə müraciət edən Sosial-İqtisad Kollecinin tələbəsi A.Nemətova (şərti soyadlı) Fikrət adlı şəxsin ona nalayiq mesajlar yazdığını və hədələdiyini bildirib.
Şikayətçi ərizəsində həmin şəxsin müxtəlif vasitələrlə onu narahat etdiyini deyib:
"İki gün əvvəl "Telegram" tətbiqindən Fikrət adlı şəxs mənə yazaraq təhsil aldığım kollecdə məni gördüyünü və tanış olmaq istədiyini bildirmişdi. Mən ona etirazımı bildirdikdə bu dəfə "Instagram"dan narahat etməyə başladı. Fərqli hesablardan yazaraq qeyri-etik ifadələr işlədib, mənə əxlaqsız təkliflər edib. 7 oktyabr 2024-cü il tarixdə təhsil aldığım kollecdə dərs zamanı yenidən yazaraq və dəfələrlə zəng vuraraq narahat edib. Məni hədələyərək kollecdən kənarda gözlədiyini bildirib. Həmin şəxsə onu polisə verəcəyimi deyəndə isə bundan çəkinmədiyini söyləyib. Onun bu əməlləri məndə çox böyük psixoloji təsir yaradıb".
Müraciət əsasında araşdırma aparılıb və 1994-cü il təvəllüdlü Fikrət Mehdiyev saxlanılıb. Onun barəsində polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə 30 yaşlı F. Mehdiyevə dörd sutka inzibati həbs cəzası verilib.
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO












