Tələbənin ölümünə səbəb olan taksi sürücüsü 2 il sonra bu cəzanı aldı - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi Əzizə Əsgərovanın ölümünə səbəb olmuş taksi sürücüsünə hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ADPU-nun "Tarix və coğrafiya fakültəsi" tarix müəllimliyi fakültəsinin 1-ci kurs tələbəsi olan Əzizə həmin gün yoldaşları ilə birgə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən Gənclər Mərkəzindəki tədbirə gedibmiş. Hadisə də o, Mərkəzin önündə yolu keçərkən baş verib.
Sürücü bildirib ki, hadisə vaxtı yolun kənarına çoxlu tələbə yığılıbmış və onlara tərəf baxdıqda fikri bir anlıq yayınıb. Nəticədə o, idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 17 yaşlı Əzizəni vurub.
Təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, hər iki valideynini itirməsi, uzun müddətdir ailəli olmasına baxmayaraq, övladının olmaması yüngülləşdirici hal kimi dəyərləndirilsin.
Mərhum tələbənin atası Qalib Əsgərov isə sürücüyə ədalətli cəza verilməsini tələb edib: "İki ilə yaxındır ki, təqsirləndirilən şəxs və onun vəkili məhkəmə proseslərini uzatmaqla onun cəzadan yayındırılmasına çalışırlar. Qızımın vəfat etməsi bizi dərindən sarsıdıb. Sürücüdən şikayətçiyik və onun barəsində qanuni tədbirin görülməsini xahiş edirik".
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü E.Səfərova 5 il 3 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. Cəza müddətindən sonra E.Səfərovun sürücülük hüququ əlavə 2 il müddətə məhdudlaşdırılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB















