“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - VİDEO

Xaçmaz rayonunun Qadaşoba kəndində 15 yaşlı yeniyetmənin anasını qətlə yetirməsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, mərhum Kifayət Lətifovanın qohumu Ceyhun Mustafayev Baku TV-yə açıqlamasında bildirib ki, qətl törədilərkən evdə yeniyetmə ilə anasından başqa heç kim olmayıb.
“Uşağın dediyinə görə, oyun oynamaq üçün anasından telefon istəyib, vermədiyi üçün də onu bıçaqlayıb. Hadisəni biləndə hamımız şoka düşdük. Belə hərəkət edəcək uşaq deyildi”, - deyə o söyləyib.
Mərhumun bacısı Mehparə Məlikova isə hadisə barədə belə deyib: “Bacım evində özünə cəllad saxlayıb. Oğlu onu çox sevirdi. Bizə gələndə anası olmadan yatmırdı. İki dəfə əməliyyat etdirib. Uşağın bir az problemi var idi”.
Qeyd edək ki, 15 yaşlı yeniyetmə bu il 9-cu sinifi bitirib. O, anası K. Lətifovanı qətlə yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO










