Telefonunu maşın yoluna salan piyada özünü təhlükəyə atdı - VİDEO

Hadisə 31 May 2023 16:38 Oxunub 336
Telefonunu maşın yoluna salan piyada özünü təhlükəyə atdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ehtiyatı əldən buraxan piyada gəldiyi yolu geri qayıdaraq telefonunu götürdü, təhlükəli anlara səbəb oldu.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. Motosiklet sürücüsü tərəfindən lentə alınan görüntüdən də məlum olduğu kimi yolu keçən gənclər maşınların hərəkətinə maneə yaradıb. Diqqətlə baxdığımız zaman işıqforun yaşıl işarəsinin yandığını və piyadaların yolu keçərkən ciddiyyətsiz şəkildə digər tərəfə keçmələrinin şahidi oluruq. İşin ən pis tərəfi isə bu ciddiyyətsizliyin ehtiyatsızlığa çevrilməsi olub. Belə ki, avtomobillərin hərəkətinə məhəl qoymayan gənclərdən biri geri dönərək yolun ortasına saldığı telefonunu götürüb. Xoşbəxtlikdən avtomobillər piyadanın ehtiyatsız davranışını anlayaraq onun hərəkətinə şərait yaradıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh