
Tələsən sürücü digərlərinə məhəl qoymadı – ŞOK VİDEO
Hadisə
16 İyun 2023 12:49
Oxunub 1128

Paytaxtın Xəzər rayonu, Almas İldırım küçəsində qaydaları kobud şəkildə pozan sürücü avtomobillərdən birinin videoregistratoru tərəfindən anbaan qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, 10 iyun saat 13:30 radələrində 90-TN-697 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin sürücüsü öncə 1.1 bütöv xəttin tələbini pozaraq ötmə əməliyyatını həyata keçirməyə çalışıb və əks yola çıxaraq axına qarşı irəliləyib.
Qeyd edək ki, qarşıdan gələn avtomobillərin hərəkətinə mane olan və onların həyatlarını təhlükə altına atan sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə məsuliyyətə cəlb edilə bilər.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR