Tənəffüs vaxtı məktəbli sinif yoldaşına xəsarət yetirdi - YENİLƏNİB

Hadisə 22 May 2025 15:41 Oxunub 224
Tənəffüs vaxtı məktəbli sinif yoldaşına xəsarət yetirdi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı insident baş verib. 

Avtosfer.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, saat 10:30 radələrində VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) mübahisə zamanı yüngül xəsarət yetirib.

Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxt ərazisində yerləşən məktəblərin birində şagirdlər arasında baş verən mübahisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh