Tərtərdə bir ailənin dörd üzvünün ölümünün ŞOK TƏFƏRRÜATI - YENİLƏNİB

Tərtərdə bir ailənin dörd üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı yeni təfərrüatları məlum olub. Belə ki, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Teleqraf"a ailənin yaxınları məlumat veriblər.
Qeyd olunub ki, ailə qəsəbədə iki il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış. Verilən məlumata görə, hadisədən əvvəlcə qonşular xəbər tutublar. Saat 10-11 radələri olsa da, evdən heç kimin çıxmadığını görən qonşular mənzilə daxil olub və ailənin dörd üzvünün vəfat etdiyini aşkar ediblər.
Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyəmsarov kənd qəbiristanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəliblər, araşdırma aparılır.
Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov hadisənin təfərrüatları ilə bağlı açıqlama verərərk deyib ki, hadisədən ilk olaraq qonşular xəbər tutublar və qapını xeyli döydükdə cavab ala bilməyiblər.
"Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki il idi ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə edilməyib. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş onun borusunda yuva qurub və samanla sobanın borusunu doldurub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən olunub".
Kənd icra nümayəndəsi ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb:
"Ailənin başçısı təsərrüfatla məşğul olurdu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmət adamı idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq".
***12:18
Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.(apa)
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












