Tərtərdə qayınata gəlinini qətlə yetirdi - YENİLƏNİB

Mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
Tərtərdə baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.
Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə namus üstə baş verib. Məlumata görə, 1990-cı il təvəllüdlü Hafizə Hüseynova ailəli olduğu halda, başqası ilə sevgili olub və onun qayınatası Səhliyar Hüseynov bundan xəbər tutub. O bu barədə dəfələrlə evində gəlininə və oğluna xəbərdarlıq edibmiş.
Məlumata görə, kişi oğluna təklif edib ki, həyat yoldaşını qətlə yetirsin, amma oğlu onu eşitməyib. Bu gün səhər saatlarında S.Hüseynov mətbəx bıçağı ilə gəlinin yataq otağına daxil olaraq onu xüsusi amansızlıqla qətlə yetirib. S.Hüseynov gəlinini 24 bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisəni törədən S.Hüseynov bıçaqla birlikdə Tərtər Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib və polisə könüllü olaraq təslim olub.(oxu.az)
***
Tərtər rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Səhliyar Hüseynov evində gəlini Hafizə Hüseynova ilə mübahisə edib. Mübahisə nəticəsində S.Hüseynov 1990-cı il təvəllüdlü H.Hüseynovanı qətlə yetirib.
Hadisəni törətməkdə təqsirləndirilən qayınata S.Hüseynov saxlanılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












