Texniki nasazlığı olan gəminin sərnişinləri 10 saatdan sonra təxliyə edilib

Almaniyanın Şlezviq-Holştayn əyalətindəki Büsum şəhərindən Şimal dənizindəki Helqoland adası istiqamətində səyahətə çıxan gəminin sərnişinləri dənizdə 10 saat ərzində köməksiz vəziyyətdə qaldıqdan sonra təxliyə edilib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, göyərtəsində 250 sərnişin olan "Əyləncəli qız" (Funny girl) gəmisi Büsum şəhərindən Helqoland adası istiqamətində turist səyahətinə çıxıb. İki saat yarımlıq turizm səyahətinə başlanıldıqdan təxminən 30 dəqiqə sonra mühərriklərdə texniki nasazlıq baş verib və nəticədə gəmi dənizdə köməksiz qalıb. Verilən yardım siqnalından sonra əraziyə üç gəmi göndərilib. “Əyləncəli qız” gəmisi yedək gəmisinə qoşularaq Büsum limanına gətirilib və sərnişinlər yerli vaxtla gecə saat 2-də təxliyə ediliblər.
Hadisə nəticəsində sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, ötən il bu gəmidə bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












