Rusiyadan “Tramp Marşrutu” ilə bağlı açıqlama: Vəziyyət dəyişə bilər

“Rusiya Ermənistandan “Tramp Marşrutu” layihəsi ilə bağlı aydınlaşdırıcı məlumatlar gözləyir”.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ABŞ-nin iştirakı ilə Ermənistanın cənubunda nəqliyyat dəhlizinin açılması perspektivi ilə bağlı sualı cavablandırarkən deyib.
Səfirin sözlərinə görə, Rusiya nəqliyyat kommunikasiyalarının açılması səylərində lap əvvəldən ən fəal iştirakçı olub:
“Bu, 2020-ci ilin noyabr ayında qəbul edilmiş üçtərəfli bəyanatda da öz əksini tapıb. Üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun çox fəal, gərgin və məhsuldar işini xatırlayırıq. Bu, Rusiyanın nəinki dəstəklədiyi, həm də fəal şəkildə töhfə verdiyi və gələcəkdə də töhfə verməyə hazır olduğu prosesdir”.
Nəqliyyat dəhlizinə gəlincə, Kopırkin qeyd edib ki, Rusiya bunun nə olacağı və praktikada necə tətbiq olunacağı barədə daha konkret məlumat gözləyir:
“Əlbəttə, vəziyyət qeyri-müəyyəndir. Bu, Yaxın Şərqdə və Bəsrə körfəzi bölgəsində baş verən hadisələr və İrana hücumla bağlıdır. Ermənistan Baş naziri də bildirib ki, indi bu hadisələri nəzərə aldıqda, bu layihə Amerika administrasiyasının prioritetləri arasında deyil. Başqa sözlə, müəyyən vaxt dəyişiklikləri mümkündür. Bununla belə, prosesi yaxından izləyirik.
Yeri gəlmişkən, baş nazirimizin müavini Overçuk tərəfindən aprelin 2-də bu məsələyə çox obyektiv qiymət və təhlil verilib. O qeyd etmişdi ki, bu layihənin həyata keçirilməsi Rusiya ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması üçün fürsət yarada bilər. Amma bunun necə həyata keçiriləcəyini aydın şəkildə görməliyik”.
İş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO
Bərdədəki 40 min manatlıq oğurluğun VİDEOsu
İşıqforu gözardı edərək yolu keçən qadın övladını da təhlükəyə atdı - VİDEO
Etibar Məmmədovun villasından 32 min oğurlayıb Bilgəhdə qızlara xərclədi - Bağbanın oğlu
Bakıda ŞOK OLAY: Maşınlara yumurta atıb, şüşəsilənlərini qaldırdılar - VİDEO
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Bakıda itkin düşən uşaq tapıldı - FOTO - YENİLƏNİB
"Jeep" sürücüsünü qarət edənlərə ağır cəza istənildi - VİDEO
Sumqayıtda yataqxanada yanğın - Sakinlər təxliyə edildi - VİDEO
Prospektdə yaşlı kişi yaxınlaşan maşını görə-görə yolu keçdi - VİDEO
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var - YENİLƏNİB








