Təyyarədə ölənlərdən biri də DEPUTAT İMİŞ...

Kolumbiyada itkin düşmüş təyyarənin qalıqları aşkar edilib. Xilasetmə xidmətlərinin məlumatına görə, qəzada sağ qalan olmayıb. Avtosfer.az Ajans.az-a istinadən xəbər verir ki, 28 yanvar tarixində Kukuta şəhərindən Okanya (Ocaña) şəhərinə uçan Beechcraft 1900 tipli təyyarə radarlardan itdikdən sonra dağlıq ərazidə tapılıb. Bildirilir ki, Birgə Koordinasiya Qərargahı təyyarənin La Playa de Belén bələdiyyəsinin kənd ərazisində, Kurazika bölgəsində qəzaya uğradığını təsdiqləyib. Rəsmi açıqlamada qeyd olunub ki, hadisə nəticəsində sağ qalan yoxdur. HK4709 bort nömrəli təyyarə NSE 8849 (Kukuta–Okanya) reysi üzrə uçuş həyata keçirirdi. Təyyarə yerli vaxtla günorta saatlarında radarlardan yoxa çıxıb. Təyyarənin sahibi olan Satena Airlines aviaşirkətinin məlumatına görə, ekipaj sonuncu dəfə hava hərəkətinin idarə olunması xidməti ilə saat 11:54-də (Bakı vaxtı ilə 20:54) əlaqə saxlayıb. Qəza baş verən ərazidə əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirib. Təyyarədə 13 sərnişin və 2 pilot olub. Qəza nəticəsində hamısı həlak olub. Ölənlər arasında Kolumbiya Nümayəndələr Palatasının üzvü Diogenes Kintero və deputatlığa namizəd Karlos Salsedo da var.

Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO










