Təyyarədə qorxu dolu anlar - Gördükləri hər kəsi təşvişə saldı

Çində sərnişin təyyarəsində baş verən yanğın böyük təşvişə səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə təyyarə eniş etdikdən qısa müddət sonra qeydə alınıb. Üst əl yükü bölməsindən tüstü qalxdığını görən ekipaj dərhal müdaxilə edərək alovun yayılmasının qarşısını alıb. İlkin araşdırmalar yanğının sərnişinlərdən birinə məxsus daşına bilən enerji qurğusundan (powerbank) qaynaqlandığını göstərir.
Hadisə Lanzjou–Guiyanq marşrutu üzrə reys həyata keçirən China Eastern Airlines aviaşirkətinə məxsus təyyarədə baş verib. Təyyarə Guiyanq Longdonqbao Beynəlxalq Hava Limanına endikdən sonra kabində yerləşən üst baqaj bölməsində qəfil yanğın başlayıb.
Yayılan görüntülərdə ekipaj üzvlərinin alovu söndürmək üçün baqaj bölməsini açaraq sərnişinlərin çantalarını çıxardıqları, sərnişinlər arasında isə ciddi təşviş yarandığı əks olunub.
Səlahiyyətli qurumların ilkin araşdırmasına əsasən, alovlanmanın səbəbi sərnişinlərdən birinin əl yükündə olan litium-ion batareyalı daşına bilən enerji qurğusu olub.
Mütəxəssislər bildirirlər ki, bu tip batareyalarda istehsal qüsuru, mexaniki zədə, keyfiyyətsiz material və ya daxili qısaqapanma nəticəsində "termal qaçış" adlanan nəzarətsiz qızma prosesi baş verə bilər. Bu isə qısa müddətdə alovlanmaya səbəb ola bilir.
Hadisə zamanı ekipajın operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb və alovun kabinə yayılmasının qarşısı alınıb. İlkin məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.
Aviasiya mütəxəssisləri sərnişinlərə keyfiyyəti təsdiqlənmiş powerbanklardan istifadə etməyi, zədələnmiş və ya həddindən artıq qızan batareyaları isə təyyarəyə gətirməməyi tövsiyə edirlər.(musavat.com)
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












